Ana səhifə | Forum | E-mail | Sayt haqqında | Qonaq kitabı | Geriyə əlaqə
Ana səhifə
Şəki
Tarix
Ad
Gerb
Özəlliklər
Şəkililər
Mətbəx
Arxitektura
Fotoqalereya
Xəritə
Hava
Yolçu
Bayramlar
Bu gün
Sayt haqqında

Bölmələr
Forum
E-mail
Saytın xəbərləri
Saytın xəritəsi
Qonaq kitabı

Xəbərlər
Xəbərlər
Şəhər xəbərləri
İqtisadiyyat
Cəmiyyət
İdman
İncəsənət və Mədəniyyət
Təhsil

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar
Vağzallar

Biz
Qonaq kitabı
Bizim haqda
Bizimlə əlaqə
Kontakt







az / ru / en

Xəbərlərin kateqoriyaları



Ümumi İqdisadiyyət İncəsənət və Mədəniyyət
İdman Cəmiyyət Təhsil
Şəhər xəbərləri Intervyular Qarışıq


Bütün kateqoriyalardan xəbərlər

Cersenbe axsami, 13 dekabr 2016

"Şəki və onun tarixi hissəsi" UNESCO Ümumdünya İrs Siyahısına daxil edilə bilər

Tarix: 13 dekabr 2016 - Kateqoriya: Seher xeberleri | Oxunub: 3 dəfə




"Şəki və onun tarixi hissəsi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məsələsi müzakirə olunub.


Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir müavini Sevda Məmmədəliyeva UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında iştirak etmək üçüm Parisə səfər edib.


Səfər çərçivəsində S. Məmmədəliyeva "Şəki və onun tarixi hissəsi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Dünya İrs Komitəsinə üzv ölkələrlə danışıqlar aparıb. Görüşdə komitə üzvləri tərəfindən Azərbaycanın komitədə üzv kimi fəaliyyətinin mədəni irsin həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə qorunmasının bariz göstəricisi olduğu bildirilib.


Görüş zamanı S. Məmmədəliyeva üzv ölkələrin diqqətinə çatdırıb ki, "Şəki və onun tarixi hissəsi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Azərbaycan tərəfindən hazırlanan sənədlər toplusu peşəkarlar hazırlayıb və bu sənədlər tələb olunan kriteriyaları özündə ehtiva edir.


Tövsiyə olunub ki, Azərbaycan tərəfi digər ölkələrin bu istiqamətdə təcrübəsini nəzərdən keçirsin və gələcəkdə ortaya çıxacaq suallara əvvəlcədən hazırlığı təmin etsin.


Qeyd edək ki, hazırda İçərişəhər memarlıq kompleksi və Qobustan dövlət tarixi-bədii qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır.


----------------------------------------------------------------------------------------------------

Cuma, 8 noyabr 2013

Şəkidə möhtəşəm turizm kompleksi tikilir

Tarix: 8 noyabr 2013 - Kateqoriya: Seher xeberleri | Oxunub: 9 dəfə

Şəkidə "Marxal" adlı nəhəng turizm kompleksinin tikintisi həyata keçirilir. Live.Az xəbər verir ki, bu barədə Day.az saytına Bakı Dövlət Layihə İnstitutundan məlumat veriblər. Məlumata əsasən, kompleksin sahəsi 30 hektardır. Dağlıq ərazidə, meşəlikdə tikilir. Layihənin müəllifləri maksimal dərəcədə ətraf mühitin qorunmasına səy göstəriblər. Kompleksdə 7-mərtəbəli otel, restoran, SPA mərkəzi, iki ticarət və əyləncə mərkəzi, kafe, açıq havada teatr və 16 ədəd 3-4 otaqlı koteclər tikilir. Şəkilləri baxmaq üçün buraya keçin: www.live.az/?newsid=4360

----------------------------------------------------------------------------------------------------

Cuma, 26 iyul 2013

Şəfiqə Axundova vəfat etdi

Tarix: 26 iyul 2013 - Kateqoriya: Incesenet ve medeniyyet | Oxunub: 13 dəfə

Şərqin ilk opera yazan bəstəkar qadını Şəfiqə Axundova bir neçə dəqiqə əvvəl vəfat edib.



Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cersenbe axsami, 27 noyabr 2012

Şəki "Memarlıq qoruğu şəhəri" elan ediləcək

Tarix: 27 noyabr 2012 - Kateqoriya: Incesenet ve medeniyyet | Oxunub: 6 dəfə

2030-cu ilə kimi Azərbaycanın Şəki şəhərinin "Memarlıq qoruğu şəhəri" elan edilməsi nəzərdə tutulur. Bu barədə bazar ertəsi Trend-ə Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev bildirib.


Onun sözlərinə görə, hazırda Şəki şəhərində müxtəlif təmir-abadlıq işləri aparılır.


İmaməliyev deyib ki, bu yaxınlarda xarici turistlər üçün Şəki şəhərinin xəritəsi hazırlanıb. Xəritədə Şəkinin gəzməli-görməli yerlərinin koordinatları qeyd edilib. Bundan əlavə, Şəkinin tarixi abidələri ilə bağlı məlumatları özündə əks etdirən bukletlər də hazırlanıb.

----------------------------------------------------------------------------------------------------

Cersenbe, 12 sentabr 2012

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəkidə türk əsgərlərinin abidə kompleksini ziyarət etmişlər

Tarix: 12 sentabr 2012 - Kateqoriya: Umumi | Oxunub: 14 dəfə

Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəki şəhərinə gəlmişlər.


Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Bazar ertesi, 10 sentabr 2012

İlham Əliyev Şəkidə taxıl anbarı və dəyirman kompleksinin açılışında iştirak etmişdir

Tarix: 10 sentabr 2012 - Kateqoriya: Umumi | Oxunub: 10 dəfə

Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində sentyabrın 9-da taxıl anbarı və dəyirman kompleksinin açılışında iştirak etmişdir.


Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

İlham Əliyev dördulduzlu "Shaki Palace" otelinin açılışında iştirak etmişdir

Tarix: 10 sentabr 2012 - Kateqoriya: Umumi | Oxunub: 9 dəfə

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Şəkidə dördulduzlu "Shaki Palace" otelinin açılışında iştirak etmişdir.


Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

İlham Əliyev Şəkidə M.F.Axundzadə adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur

Tarix: 10 sentabr 2012 - Kateqoriya: Umumi | Oxunub: 2 dəfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Şəkidə Mirzə Fətəli Axundzadə adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlətimizin başçısı Azərbaycan milli dramaturgiyasının banisi, böyük mütəfəkkir M.F.Axundzadənin parkda ucaldılmış abidəsinin önünə gül dəstəsi qoydu.



Məlumat verildi ki, parkda yenidənqurma işlərinə ötən il başlanılmışdır. Şəki Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılmış yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişmişdir. Burada şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ümumi sahəsi 7 hektar olan parkın 35 min kvadratmetr ərazisində yaşıllıq işləri görülmüş, müxtəlif dekorativ ağaclar və gül kolları əkilmişdir. Parkda uşaqların da istirahətlərini maraqlı keçirmələri üçün lazımi şərait yaradılmışdır. Burada iki fəvvarə, süni şəlalə və göl yaradılmışdır. Prezident İlham Əliyev parkda görülmüş işlərdən razılığını bildirdi.

----------------------------------------------------------------------------------------------------

Şəkidə Heydər Əliyev Mərkəzinin təməli qoyulmuşdur

Tarix: 10 sentabr 2012 - Kateqoriya: Umumi | Oxunub: 9 dəfə

Sentyabrın 9-da Prezident İlham Əliyev Şəkidə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.


Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

İlham Əliyev Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Tarix: 10 sentabr 2012 - Kateqoriya: Umumi | Oxunub: 12 dəfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Qax rayonuna səfərini başa çatdıraraq Şəki şəhərinə gəlmişdir.





Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Sanba, 19 noyabr 2011

İlham Əliyev Şəkidə "Green Hill İnn" mehmanxanasının açılışında iştirak etmişdir

Tarix: 19 noyabr 2011 - Kateqoriya: Umumi | Oxunub: 27 dəfə

Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində "Green Hill İnn" mehmanxanasının açılışında iştirak etmişdir.





Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

İlham Əliyev Şəkidə Mərkəzi Xəstəxananın açılışında iştirak etmişdir

Tarix: 19 noyabr 2011 - Kateqoriya: Umumi | Oxunub: 11 dəfə

Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində mərkəzi xəstəxananın açılışında iştirak etmişdir.

















Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cuma, 18 noyabr 2011

İlham Əliyev Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Tarix: 18 noyabr 2011 - Kateqoriya: Umumi | Oxunub: 10 dəfə

Prezident İlham Əliyev Şəki rayonuna səfərə gəlmişdir.









Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cersenbe axsami, 13 sentabr 2011

Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tarix: 13 sentabr 2011 - Kateqoriya: Umumi | Oxunub: 11 dəfə

Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin zəngin tarixi vardır. Bu şəhərdə inşa edilmiş qədim karvansaralar, qalalar, müxtəlif müdafiə qurğuları, ictimai binalar, məscid və məbədlər, o cümlədən Kiş kəndində yerləşən alban məbədi, Xan sarayı və Şəkixanovların evi kimi xüsusi memarlıq üslubuna malik olan yüzlərlə imarət və digər tarixi-memarlıq abidələri mədəni irsimizin nadir inciləridir.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Sanba, 28 may 2011

Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 93 il ötür

Tarix: 28 may 2011 - Kateqoriya: Umumi | Oxunub: 5 dəfə

Bu gün Şərqdə ilk demokratik respublikanın qurulmasından 93 il ötür. APA-nın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Bazar ertesi, 23 may 2011

Prezident Şəkinin icra hakimini dəyişdirdi

Tarix: 23 may 2011 - Kateqoriya: Umumi | Oxunub: 14 dəfə

Prezidenti İlham Əliyev Şəki şəhəri İcra hakimiyyəti başçısının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cuma axsami, 9 dekabr 2010

Ən uzun körpü istifadəyə verildi

Tarix: 9 dekabr 2010 - Kateqoriya: Seher xeberleri | Oxunub: 10 dəfə

Dekabrın 8-də Şin çayının Şəkinin İnçə kəndindən keçən hissəsində Azərbaycanın ən uzun körpüsü istifadəyə verilib.

Bu körpü Şəkinin 21 kəndini əhatə edir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı deyib ki, bu körpünün istifadəyə verilməsi dünyanın, eləcə də Azərbaycanın mədəniyyət və turizm mərkəzlərindən biri olan Şəki şəhərinin inkişafı üçün yeni imkanlar açacaq. Nəqliyyat Nazirliyinin Azəryolservis ASC-nin sifarişi ilə Körpü-Bina-Tikinti MMC-nin inşa etdiyi körpünün tikintisinə 2007-ci ilin mayında başlanıb. İnçə kəndi ərazisində Şin çayı üzərində salınan, Şəki və Qax rayonları arasında olan kəndləri birləşdirən bu körpünün ümumi uzunluğu 1300, eni isə 13 metrdir. Yol qovşağı 6 körpü və 5 suötürücüdən ibarətdir. Körpünün mühafizə qurğularının uzunluğu 1240 metrdir.

AzərTAc

----------------------------------------------------------------------------------------------------

Bazar, 4 iyul 2010

Şəki - Azərbaycanın sənətkarlıq paytaxtı - 2010

Tarix: 4 iyul 2010 - Kateqoriya: Incesenet ve medeniyyet | Oxunub: 11 dəfə

Mədəniyyət və Turizim Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına əsasən, "Gəncə - Azərbaycanın əfsanələr paytaxtı-2010", "Qazax - Azərbaycanın folklor paytaxtı-2010" və "Şəki - Azərbaycanın sənətkarlıq paytaxtı-2010" elan edilmişdir

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin büstü açılmışdır

Tarix: 4 iyul 2010 - Kateqoriya: Incesenet ve medeniyyet | Oxunub: 22 dəfə

Fevralın 10-da Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Şəhərdəki "Qrand" şadlıq sarayında Şəki Şəhər İcra Hakimiyyəti və "Qafqaz" Universitetinin birgə hazırladıqları "Şəkidən dünyaya" adlı tədbirin əvvəlində şairin xatirəsinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Sanba, 9 yanvar 2010

TQDK sədri: "Çalışacağıq ki, bu il müəyyən regionlarda da qəbul imtahanlarını keçirək"

Tarix: 9 yanvar 2010 - Kateqoriya: Tahsil | Oxunub: 3 dəfə

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) regional bölmələri təəssüflər olsun ki, hələ işçi heyəti ilə tam komplektləşdirilməyib. Regional bölmələrdə işləyən işçilər dövlət qulluqçuları sayıldığından onlar dövlət qulluğu ilə bağlı imtahan verməlidirlər".

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Şəki regional bölməsində elmi-metodiki seminar keçirilib

Tarix: 9 yanvar 2010 - Kateqoriya: Tahsil | Oxunub: 17 dəfə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Şəki regional bölməsində fizika, Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat fənləri üzrə keçirilən elmi-metodiki seminarla video-bağlantı yaradılıb.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cuma, 25 dekabr 2009

Şəkinin Kiçik Dəhnə kəndində e. ə. XVI-XIII əsrlərə aid kurqanların dağıdılması ilə bağlı akt tərtib olunub

Tarix: 25 dekabr 2009 - Kateqoriya: Cemiyyet | Oxunub: 2 dəfə

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndələri Şəki rayonunun Kiçik Dəhnə kəndinin ərazisində dağıdılan e. ə. XVI-XIII əsrlərə aid kurqanlarla bağlı araşdırma aparmaq üçün bu əraziyə baxış keçiriblər.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Bazar, 20 dekabr 2009

Gələn il Şəkidə və Lənkəranda qarışıq tipli penitensiar müəssisələrin inşası başa çatacaq

Tarix: 20 dekabr 2009 - Kateqoriya: Cemiyyet | Oxunub: 6 dəfə

"Cəzaçəkmə müəssisələrinin paytaxt Bakıdan çıxarılması düzgün siyasətdir. Bu gün demək olar ki, bütün cəzaçəkmə müəssisələri Bakı şəhərindədir".

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cuma, 31 iyul 2009

Ombudsman Elmira Süleymanova Şəkidə əhali ilə görüşlər keçirib

Tarix: 31 iyul 2009 - Kateqoriya: Cemiyyet | Oxunub: 15 dəfə

Ombudsman Elmira Süleymanova Şəkiyə səfəri çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovun keçirdiyi qəbulda və Baş Zəyzid kəndinin əhalisi ilə görüşdə iştirak edib.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Bazar, 7 iyun 2009

Şəkidə Avropa standartlarına cavab verən endokrinoloji laboratoriya yaradılacaq

Tarix: 7 iyun 2009 - Kateqoriya: Cemiyyet | Oxunub: 15 dəfə

Şəki Mərkəzi Rayon Xəstəxanasının endokrinoloji laboratoriyası Yunanıstanın maddi köməyi ilə Avropa standartlarına cavab verəcək.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Bazar, 24 may 2009

Azərbaycanın Şəki rayonunda leysanla müşayiət edilən güclü qasırğa olub

Tarix: 24 may 2009 - Kateqoriya: Umumi | Oxunub: 14 dəfə

Ötən gecə Şəkidə güclü qasırğa olub. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, güclü külək leysan yağışı ilə müşahidə olunub.





Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cersenbe, 24 sentabr 2008

Prezident İlham Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasının yeni korpusunun təməlqoyma mərasimində iştirak etmişdir [FOTOSESSİYA]

Tarix: 24 sentabr 2008 - Kateqoriya: Ekonomika | Oxunub: 48 dəfə

Prezident İlham Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasının yeni korpusunun təməlqoyma mərasimində iştirak etmişdir

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Bazar, 21 sentabr 2008

Prezident İlham Əliyevin Şəki-Zaqatala bölgəsinə səfəri başa çatıb

Tarix: 21 sentabr 2008 - Kateqoriya: Umumi | Oxunub: 15 dəfə

O, Qəbələdə Müalicə-Diaqnostika Mərkəzinin açılışında və süd emalı zavodunun istifadəyə verilməsi mərasimlərində iştirak edib,rayondakı müəssisələrin istehsal etdiyi yeni məhsulların sərgisinə baxıb Prezident İlham Əliyev bu gün Qəbələ rayonunda olub. Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, gül dəstələri qoyublar.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cuma axsami, 31 iyul 2008

Azərbaycanda beş modul tipli elektrik stansiyasi istifadəyə verilib

Tarix: 31 iyul 2008 - Kateqoriya: Ekonomika | Oxunub: 12 dəfə

Daha 500-ədək kiçik su elektrik stansiyalarının inşası da planlaşdırılır

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Bazar ertesi, 14 iyul 2008

Şəkidə qəzalı vəziyyətdə olan XIX əsr mehmanxana binasında bərpa işləri aparılır

Tarix: 14 iyul 2008 - Kateqoriya: Umumi | Oxunub: 3 dəfə

Abidə kitabxana kimi də fəaliyyət göstərəcək

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cersenbe axsami, 8 iyul 2008

Xəzərdə dalğanın hündürlüyü 5,4 metrə çatır

Tarix: 8 iyul 2008 - Kateqoriya: Umumi | Oxunub: 4 dəfə

Hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində Balakən-Şəki bölgəsinin bəzi çaylarında da qısamüddətli daşqınlar olub

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cuma, 4 iyul 2008

Şəkidə sel nəticəsində bir çox evi su basıb

Tarix: 4 iyul 2008 - Kateqoriya: Umumi | Oxunub: 2 dəfə

Leysan nəticəsində rayonda işıqlar da kəsilib

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Bazar, 11 may 2008

Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı Azərbaycan paytaxtında Gül Bayramı keçirilir

Tarix: 11 may 2008 - Kateqoriya: Umumi | Oxunub: 5 dəfə

Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə Azərbaycan paytaxtında Gül Bayramı keçirilir.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Sanba, 10 may 2008

Azərbaycan Milli Məclisinin üzvü dünya çempionu olub

Tarix: 10 may 2008 - Kateqoriya: Idman | Oxunub: 19 dəfə

Kiprin Limasol şəhərində keçirilən Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyası (WPKA) versiyası üzrə dünya çempionatı sona çatmaq üzrədir.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cersenbe, 7 may 2008

Şəkidə İpək Yolu layihəsində iştirak edən İKT üzv ölkələrin turizm operatorlarının Forumu keçiriləcək

Tarix: 7 may 2008 - Kateqoriya: Cemiyyet | Oxunub: 8 dəfə

Aprelin 14-15-i tarixlərində Şəki şəhərində İpək Yolu layihəsində iştirak edən İslam Konfransı Təşkilatına üzv ölkələrin turizm operatorlarının Forumu keçiriləcək. Bu barədə məlumatı AZADİNFORM-a Mədəniyyət və Turizm Nazirliyindən veriblər.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cersenbe axsami, 6 may 2008

Almaniyanın Bavariya parlamenti üzvləri Şəki rayonunda səfərdə olublar

Tarix: 6 may 2008 - Kateqoriya: Umumi | Oxunub: 7 dəfə

Respublikada səfərdə olan Almaniyanın Bavariya parlamenti üzvləri Şəki rayonuna səfər ediblər. Bu barədə məlumatı AZADİNFORM-a Almaniyanın Azərbaycandakı səfirliyindən veriblər. Səfər zamanı Almaniya parlament üzvləri Şəki rayonunun tarixi abidələri ilə tanış olub və Kiş kəndində yerləşən Alban Məbədinə baş çəkiblər. Qonaqlar Məbəddə Azərbaycan ərazisində yerləşən Alban tarixinə aid unikal eksponatlarla tanış olublar. Almaniya nümayəndə heyəti Şəki İpək Açıq Səhmdar Cəmiyyətinə də baş çəkərək müəssisəsinin istehsal prosesi ilə maraqlanıblar. Deputatların Şəki rayonununa səfəri bu gün başa çatıb. Qeyd edək ki, günün ikinci yarısı isə Bavariya parlamenti üzvləri maliyyə naziri Samir Şərifovla görüşəcək və Heydər Əliyev Fonduna baş çəkəcəklər. Daha sonra isə nümayəndə heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Bazar, 4 may 2008

ASK prezidenti: Mədəniyyət və Turizm Nazirliyi Şəkiyə, Kənd Təsərrüfatı Nazirliyi isə Gəncəyə köçürülsün

Tarix: 4 may 2008 - Kateqoriya: Ekonomika | Oxunub: 9 dəfə

Yaxşı olar ki, Mədəniyyət və Turizm Nazirliyi Şəkiyə, Kənd Təsərrüfatı Nazirliyi isə Gəncəyə köçürülsün. AZADİNFORM Gəncə Media Mərkəzinə istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov çıxış edib.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

TQDK respublika üzrə növbəti sınaq imtahanı keçirəcək

Tarix: 4 may 2008 - Kateqoriya: Tahsil | Oxunub: 5 dəfə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 6-da respublikanın bir sıra bölgələrində növbəti sınaq imtahanı keçirəcək.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

Cuma axsami, 1 may 2008

Şəki, Qax, Zaqatala və Balakən icmalarının əldə etdiyi uğurlar qeyd olunacaq

Tarix: 1 may 2008 - Kateqoriya: Cemiyyet | Oxunub: 6 dəfə

Aprelin 2-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) İcma İnkişafı Fəaliyyəti Proqramında iştirak edən icmaların mükafatlandırılması mərasimini keçirəcək.

Davamını oxu...

----------------------------------------------------------------------------------------------------

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar

Servis
Online Radio
Online Tv

   











Design by Real Design