Ana səhifə | Forum | E-mail | Sayt haqqında | Qonaq kitabı | Geriyə əlaqə
Ana səhifə
Şəki
Tarix
Ad
Gerb
Özəlliklər
Şəkililər
Mətbəx
Arxitektura
Fotoqalereya
Xəritə
Hava
Yolçu
Bayramlar
Bu gün
Sayt haqqında

Bölmələr
Forum
E-mail
Saytın xəbərləri
Saytın xəritəsi
Qonaq kitabı

Xəbərlər
Xəbərlər
Şəhər xəbərləri
İqtisadiyyat
Cəmiyyət
İdman
İncəsənət və Mədəniyyət
Təhsil

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar
Vağzallar

Biz
Qonaq kitabı
Bizim haqda
Bizimlə əlaqə
Kontakt







az / ru / en

Tarix

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biri olub,təxminən 2700 il bundan əvvəl əsası qoyulub. Şəhər öz tarixi abidələrini və şəhərin tərtibatını yaxşı vəziyyətdə qoruyub saxlaya bilib. Onun adı Azərbaycanın ərazisində E.Ə VII əsrdə peyda olub və şəhərin adının meydana gəlməsi bu ərazidə uzun müddət yaşayan "Sak" tayfalarının adından götürülüb.

Şəki Azərbaycanın ən qədim şəhərlərindən olub, dəniz səviyyəsindən 700 m hündürdə yerləşir. Sanki bir Amfiteatra bənzəyən bu şəhər dağlar, palıd ağaclı meşələrlə əhatə olunub. Şəki məhsuldar yaylaqlar(otlaqlar) və düzənliklərin qoynunda yerləşir. Belə bir mülahizə var ki şəhərin adı Azərbaycanın ərazisinə e.ə VII əsrdə gəlmiş və bir neçə əsr məskunlaşmış qədimdəki "Sak" tayfalarının adı ilə bağlıdır. Orta əsr mənbələrində şəhərin adına müxtəlif formalarda rast qəlmək olar- Şeke, Şəki, Şəkə, Şəkki, Şəkne, Şəken, Şəkkən, Şekin. Uzun müddət şəhər Nuxa adı ilə tanınıb. 18-ci əsrə qədər olan rəsmi sənədlərdə və qaynaqlarda şəhər Şəki adı altında formalaşıb. Rusiyaya birləşdikdən sonra şəhər Şəki xanlığını da tərkibinə alan ərazisiylə birlikdə Şəki əyaləti adlandırıldı. 1846 cı ildə aparılan islahatlardan sonra bu ərazi mərkəzi Nuxa olmaqla Nuxa qəzası (rayonu) adlandırılıb. Bu heç də Nuxa adının yalnız 19-cu əsrlə bağlı olduğunu bildirməyib, əksinə onun adının mənbəyi uzaq keçmişə 10-cu əsrə qədər uzanır.

17-ci əsrin ortalarında Azərbaycan Ərəb Xəlifəliyi tərəfindən hücuma məruz qalıb. Ərəblər yaxın şərqdəki ölkələri tutduqdan sonra Azərbaycanı işğal ediblər.Ərəb qoşunları Ermənilər üzərində qələbə qazandıqdan sonra, Beyləqan, Şamxor və Qəbələ şəhərləri xaqana bac vermək şərtiylə onunla sülh bağladılar.

9-cu əsrin sonlarında yerli feodallar Ərəb xəlifəliyinin zəiflədiyindən istifadə edərək Albaniya krallığının yenidən bərpa olunmasına nail oldular. Şəki şəhəri də bu krallığa daxil oldu və daha sonra Aran xanlığı adlanıb. Krallıq qısa bir müddət yaşadı. Dağılmanın ardından müstəqil olan vahid Şəki xanlığı yaradıldı. Məsudi yazdığına görə Şəki, Tiflisdən Dərbəndə gedən yolda dağın başında yerləşirdi. "Xududal-Ələm" əsərinin müəllifinə görə Şəki böyük və varlı bir şəhər olub.

10 cu əsrin 60 cı illərində Albaniya Aranxanlığı dağıldıqdan sonra Şirvanşahlara qarşı mübarizə aparmış Kəsranilər sülaləsi hakimiyyətə gəldiyində belə öz əvvəlki müstəqilliklərini qoruyub saxlaya bilmişdilər.

14 cü əsrin ilk yarısında Xilafətin dağılmasından sonra Şəki Şirvanşahlarla yanaşı müstəqillik qazandı və hakimiyyətə Orlatlar sülaləsi qəldi.

14 cü əsrin axırlarında Şəki tamerlan tərəfindən tutulmuş və təqdim olunmaq üçün onun qarşısına gəlmişdi. Tamerlanın ölümündən Şəki müstəqilliyini yenidən bərpa etdi. Şirvanşahlar və Gürcü dövlətləri ilə dost əlaqələri mövcud idi. Tamerlanın varisi olan Ömərin Şəkini,Şirvan və digər qonşu torpaqların ələ keçirilməsi planı həyata keçmədi. Birləşmiş qoşunlar Ömərin ordusunu Kür çayının sahilində məğlub etdi. Şirvanşah I İbrahim Teymurləng üzərində qələbə çalmaq məqsədilə Şəki və Gürcü hökmdarları ilə ittifaq yaradaraq bu ittifaqa başçılıq etdi. Bu ittifaqın yaranma səbəbi Azərbaycanın cənubunda yerləşən Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin planlarına əngəl olmaq üçün nəzərdə tutulmuşdu. Kür çayının sahilində baş verən döyüşdə ittifaqın məğlub olmasına baxmayaraq Qara Yusif I İbrahimi azad buraxmış, vassallığı qəbul edərək böyük bac vermək şərtiylə Əhməd Orlatı Şəkiyə başçı təyin etmişdir. Tezliklə Qaraqoyunlu dövlətinin daxilində baş verən ixtişaşlardan yararlanaraq Şirvanşahlar və Şəki öz müstəqilliklərinin yenidən qazanılmasına nail olmuşlar. 15 ci əsrin ikinci yarısında Şəki başçıları Qaraqoyunlu dövlətinin yerinə Azərbaycanın cənubunda yaranmış Ağqoyunlu dövlətinin yaranmasından sonra da öz müstəqilliklərini qoruyub saxlaya bildilər.

15 ci əsrin axırlarında və 16 cı əsrin başlanğıcında Ağqoyunlu dövləti zəiflədi. 1523 cü ildə Şah İsmayıl Şirvanı tutduqdan sonra Şəkiyə dogru istiqamətləndi. Şəki hakimi Həsən bəy onu təmtəraqlı bir şəkildə qəbul etdi. Şəki öz müstəqilliyini qoruyub saxlaya bildi. 1551 ci ildə Şah İsmayılın öoğlu olan Təhmasib Şəkinin müstəqilliyinə sonvermək məqsədiylə bura qoşun yürütdü. Şəki Səfəvilər dövlətinin əyalətinə çevrildi. Şəki Səfəvilərin təyin etdiyi Sərdar tərəfindən idarə edilməyə başladı.

17 ci əsrin başlanğıcında İran şahı I Abbasla aparılan müharibədən sonra Azərbaycan Şəki də daxil olmaqla İranın əsarəti altına düşdü. Şəki Canişin-Məliklər tərəfindən idarə edilirdi. 18ci əsrin 30 cu illərində Nadir şah azadlıq hərəkatına təkan verdi. Şəki əhlinə Hacı Çələbi başçılıq edirdi. 1743 cü ilin axırları 1744 cü ilin əvvəlləri Çələbi xanın başçılıq etdiyi Şəki xanlığı yaradıldı.

Nadir şah öz mövqelərini “Gələrsən Görərsən” qalasında möhkəmləndirən üsyançıların müqavimətini qıra bilmədi. Hacı Çələbi gələcək fəaliyyətində nəinki Şəkinin həm də bütün Şirvanın azadlığı uğrunda mübarizə aparmışdır. O, Şirvanşah dövlətinin əvvəlki müstəqilliyinin bərpa olunması uğrunda mübarizə aparmışdır. O dövrdə Şəki xanlığı Azərbaycanın digər xanlıqlardan daha qüvvətli və güclü olmuşdur. Çələbi xanın hakimiyyəti dövründə Şəkidə məscidlər, mədrəsələr, hamam və digər ictimai binalar tikilmiş, vergi sistemi nizamlanmışdır. 12 illik hakimiyyətdən sonra 1755 ci ildə Hacı Çələbi vəfat etdi.

Şəki xanlığında Azərbaycanın digər xanlıqlarında olduğu kimi xan tam hakimiyyətə sahib idi. Xan həm qanunlar verir, həm cəzalandırır həm dəki hakimlik edirdi.

Xanlıq dövründə Şəki əhalisi baramaçılığın yetişdirilməsi, incəsənət və ticarətlə məşğul idi. Kiş çayının 1772 ci ildə daşmasıyla qədim şəhər olan Şəki bütövlüklə dağıldı. 18 ci əsrin axırlarında Şəkidə əhali sayısı 6000 nəfəri keçmişdi.

1765 ci ildə Şəki iki qapılı qala divarları ilə əhatə edildi.

Əhali sayısının azalmasına baxmayaraq Şəkidə sənətkarlıq və ticarət inkişaf edirdi. Şəkidə 5 karvansaray (Təbriz, Gəncə, Şamaxı, Ləzgi və Erməni) mövcud idi.

17 ci əsrdə Nəbi şair öz tarixi nəzm və şerlərinə görə çox məhşurlaşmışdı. O, şəxsən Vagifi tanıyırdı.

Azərbaycan arxitekturasının incilərindən olan Şəki xan sarayı 1797 ci ildə tikilmişdir. 1801 ci ildə Gürcüstan Rusiyaya birləşdi.

Hələ 1800 cü ildə Şəki hakimi Məhəmməd Həssən Rus ordusunun baş komandanına məktub yazaraq ondan kömək istəmişdi. Səlim xan öz hakimiyyətini gücləndirmək məqsədilə qardaşı Məhəmməd Həssəni tutduğu vəzifədən azad etdi. 1805 ci ildə Mayın 21-ində Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçayın sahilində yerləşən Sisyanovun düşərgəsinə tərəf hərəkət etdi. I İbrahimdən bir həftə sonra Qarabağ xanı Rusiyanın mühafizəsinə keçməsi haqqında müqavilə bağladı. 1908 ci ildə Şəkidə xan idarəetmə sistemi ləğv edildi. şəki və Şəki ətrafı rayonlarda idarəçilik Rus komendantlarına həvalə edildi.1819 cu ildə şəhər məhkəməsi yaradıldı.

1840 cı ildə komendant idarə üsulu ləğv edildi. Şəki qəzası yeni yaranmış Xəzər Guberniyasının tərkibinə daxil oldu. 1848 ci ildə qəza Şamaxı guberniyasının tərkibinə daxil oldu və Nuxa adlandırılmağa başlandı.

19 cu əsrdə Şəki sənət və ticarətin geniş yayıldığı bir mərkəzə çevrildi. Təkulduz naxıştikmə sənəti yalnız Şəkidə inkişaf etmişdi. Baramaçılıq da Şəkidə əsas yerlərdən birini tuturdu.

19 cu əsrin ikinci yarısında Şəki Azərbaycanda baramaçılığın ən inkişaf etdiyi regionlardan biri idi. 1854 cü ildə Xanabadda yerləşən ipək zavodunda yerləşdirilmiş toxucu dəzgahlarının sayı 42-yə çatmışdı. Əvvəllər atlar tərəfindən dartılaraq hərəkətə gətirilən dəzgahlar indi su axınına qoşulmuşdu. 1855 ci ildə isə Şəkidə tərkibində 30 dəzgah olan digər bir ipək zavodu fəaliyyətə başladı.

Deyilənlərə görə 20 ci əsrin ilk illərində Şəki rayonunda 3505 işçinin fəaliyyət göstərdiyi 127 ipək zavodunun illik istehsalı 1162000 rubl məbləğində olub. 1915 ci ildə bu məbləğ təxminən 10 milyon rubla çatmışdı. Ipəkdən başqa onlar burda tütün, bəzəklər, meyvə, müxtəlif növ kənd təsərrüfatı məhsulları ixrac edirdilər. 1856 cı ildə əhali sayısı 18000, 1897 ci ildə isə bu sayı artaraq 26000 -ə çatdı. 1908 ci ildə əhalisi sayısı 37000 olduğunu nəzərə alarsaq, bu rəqəm artaraq 1916 Yanvarın birinə 52243 nəfərə çatdı.

Şəki əhlinin əksəriyyəti savadsız idi. 1831 ci ildə rayon məktəbi açıldı. 1834 cü ildə bir sıra rayon-məktəbləri (bura Şəkidəki məktəb də daxildir) üç illik oldu. 1898 ci ildə Rus-Tatar-Azərbaycan məktəbi açıldı. 1904 cü ildə Şəkidə tərkibində 772 şagirdin təhsil aldığı 6 ibtidai məktəb mövcud idi.

1914 cü ildə Şəkidə qeyri-adi ibtidai məktəb açıldı. 1910 cu ildə burda geniş oxu zalı olan kitabxana, 1914 cü ildə isə 4 xeyriyyəçi cəmiyyət, klub və iki kitabxana fəaliyyət göstərirdi.

1812 ci ildə 19 cu əsr Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan, maarifçi-demokrat, Azərbaycan ədəbiyyatında realizmin banisi Mirzə Fətəli Axundov Şəkidə doğulmuş və ilk təhsilini burda almışdır.

M.F.Axundov A.S.Puşkin, M.Y.Lermantov, N.V.Qoqol və digər Rus şair və yazıçılarına pərəstiş etmiş və Çarın qərarı ilə Qafqaza sürgün edilmiş Dekabristlərlə dostluq əlaqələrində olmuşdur. 19 cu əsrdə Şəkidə tarixçi Fəttax fəaliyyət göstərmiş və “Şəki xanları haqqında qısa tarixçə” yazmışdır.

1795 ci ildə anadan olmuş Hacı Səid Abdulhəmid “Şəki xanları və onların övladları ” adlı tarixi əsər yazmışdır.

1841-1904 cü illərdə şair İsmayıl bəy Nakam Şəkidə yaşamışdır.

Şəki şairi olan Aşıq Molla Cümə (1854-1920) 19 cu əsrin axırları – 20 ci əsrin əvvəllərində yaşayıb yaratmışdır. Şəkidə anadan olmuş Rəşidbəy İsmayılov 1904 cü ildə Tiflisdə çap edilmiş “Qafaqazın qısa tarixi” adlı əsərin müəllifidir.

Hacı Həsən Mollazadə Gəncəvi öz əsərlərinin bəzilərini Şəkivi təxəllüsü ilə imzalamış və Transqafqaz ruhani məhkəməsinin üzvü( Şeyxül –İslam) olmuşdur. 1905-1914 cü illərdə çap edilmiş 4 cildlik “Zubdad ud- təvarik” əsərinin müəliffidir. 1891 ci ildə isə o hicri və miladi tarixi təqvimlərini çap elətdirmişdir.

Xanəndə Ələsgər Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafı tarixində əvəzedilməz yerlərdən birini tutmuşdur.

InfoBüro
Otellər
Restoranlar
İstirahət zonaları
Banklar və Bankomatlar
Kino və Teatrlar
Parklar və Bağlar

Servis
Online Radio
Online Tv

   











Design by Real Design